Ensiklopedik Təfəkkürə Malik Mənəviyyat Memarı (İsrafil Məmmədovun “Uç, göyərçinim, uç” əsəri haqqında ədəbi qeydlər)
10.52773/tsuull.uzlc.2026.1/UZLP7194
Ключевые слова:
İsrafil Məmmədov, “Uç, göyərçinim, uç”, mənəviyyat, ensiklopedik təfəkkür, publisistika, sülh ideyası, vətən yaddaşı, humanizm, Azərbaycan ədəbiyyatı, fəlsəfi düşüncə.Аннотация
Məqalədə yazıçı-publisist, tarixçi alim İsrafil Məmmədovun “Uç,
göyərçinim, uç” kitabının ideya-məzmun və bədii-estetik xüsusiyyətləri
geniş şəkildə təhlil edilir. Müəllifin povest, hekayə, fəlsəfi-publisistik
yazı və miniatürlərində milli-mənəvi dəyərlərin, vətən yaddaşının, insan
mənəviyyatının və humanist ideyaların ifadə formaları araşdırılır. “Mehdi
əminin atı” və “Mir Abdullanın iti – Alabaş” əsərlərində sədaqət, mərhəmət,
vicdan və insan-təbiət münasibətlərinin dərin fəlsəfi çalarlarla təqdim
olunduğu göstərilir. “Uç, göyərçinim, uç” hekayəsində isə müharibənin
uşaqların taleyində buraxdığı izlər, sülh arzusu və ümumbəşəri
humanizm ideyaları ön plana çəkilir. Məqalədə həmçinin “Kainata bizim
münasibətimiz” əsəri əsasında müəllifin elm, təbiət və kainata münasibəti
şərh olunur, onun ensiklopedik dünyagörüşü və publisistik üslubu
səciyyələndirilir. Tədqiqat nəticəsində İsrafil Məmmədovun yaradıcılığının
yalnız bədii-estetik deyil, həm də milli yaddaşın qorunmasına xidmət edən
mühüm mənəvi-ideoloji əhəmiyyət daşıdığı qənaətinə gəlinir